Bugün:
Altun.az


Yadplanetlinin qalıqları dünyanı şoka saldı - FOTO

05 yan 2017, 22:27, altun
    Oxunub: 85
Yadplanetlinin qalıqları dünyanı şoka saldı - FOTO

Arxeoloqlar Peruda mağaraların birində üç uzun barmağı olan sirli əl tapıblar.

Altun.az xəbər verir ki, alimlər hələ qəribə tapıntının mənşəyi haqqında fərziyyələr irəli sürməyə tələsmirlər.

Mətbuatda isə tapılan sirli əlin yadplanetliyə məxsus olması haqqında məlumatlar yayılıb.

Laboratoriyada aparılan analizlər zamanı isə əlin insan əlindən xeyli fərqləndiyi müəyyən edilib. Üç uzun barmağı, beş oynağı olan əlin ovcunda bir neçə sınıq qeydə alınıb. Həmçinin, barmaqların birində dərinin altında üzük izinə bənzər izə rast gəlinib.

Yaxın vaxtlarda ABŞ-da bu əlin DNT testi keçiriləcək. Əgər əl daha əvvəl tapılan və yadplanetliyə məxsus olduğu hesab olunan kəllə ilə eyni DNT-yə malik olarsa, bu, yadplanetlilərin kəşf edilməsi deməkdir.