Bugün:
Altun.az


Sol böyrü üstə yatanda bədəndə nə baş verir?

05 yan 2017, 14:43, altun
    Oxunub: 137
Sol böyrü üstə yatanda bədəndə nə baş verir?

Yuxu pozası sağlamlıq üçün çox mühüm əhəmiyyətə malikdir!
Altun.az oxucuları yuxu mövqeyinin insan sağlamlığına təsirləri ilə tanış edib.
Yuxu bədənin tam istirahət etməsi, bizim maksimum enerji yığmağımız üçün çox vacibdir. Az və pis yatan adamların səhhətində zaman keçdikcə bir qayda olaraq ciddi problemlər yaranır, xroniki yorğunluq, dəri rəngində solğunluq və pis əhval-ruhiyyə hiss olunur.
Bəzi buddistlər məhz sol böyrü üstə yatmağın faydalı olduğunu iddia edir. Hindlilər hesab edirlər ki, əgər siz yeməkdən sonra istirahət etmək istəyirsinizsə, sol tərəfə doğru uzanmalısınız. Baxmayaraq ki, bu, bir qədər qəribə səslənir, amma sol böyrü üstə yatmağın sağlamlıq üçün bir çox üstünlükləri var.
Limfa istiqaməti üzrə sol tərəfə doğru axır. Bədəninin sol tərəfi limfatik sistemdə idarəedici tərəfdir. Limfa öz yolunda limfa düyünlərini açmaq və sol tərəfə axmaq üçün zülallar, metabolit, qlükoza və tullantılar nəql edir.
Mədə və mədəaltı vəzi sol tərəfə doğru əyilir. Əgər siz sol böyrü üstə qısa müddət istirahət etsəniz, bu, həzmin yaxşı işləməsinə kömək edəcək. Bu zaman qida təbii şəkildə hərəkət edəcək, mədə və mədəaltı vəzinin fermentləri vasitəsilə ayrılacaq.
Sol böyrü üstə uzanmaq qaraciyərin təmizlənməsinə, eləcə də fermentlərin mədə-bağırsaq istiqamətinə tərəf ifraz etməsinə, mədə turşusunun zərərsizləşdirilməsinə və yağların emulsiya halına düşməsinə kömək edəcək.
Sol tərəfə yatmağın əsas sirri ondadır ki, bu, zəhərli maddələrin də çıxarılmasına imkan verir. Nazik bağırsaq qidaları yoğun bağırsağa boşaltmazdan əvvəl zəhərləri bədənin sağ klapanlarına tərəf buraxır. Yoğun bağırsaq bədəninin sağ tərəfindən, qarın boşluğundan keçir və sol tərəfinə doğru enir.
Sol tərəfə yuxu zəhərlərin hərəkətini stimullaşdırmağa və onları sadə yolla yoğun bağırsaqdan xaric etməyə imkan verir. Bu zaman zəhərlər çox asanlıqla bağırsağa doğru hərəkət edir və səhər onların aradan qaldırılması prosesi sadələşdirilmiş olur.
Ürək funksiyası yaxşılaşır. Ürəyin 80%-dən çoxu bədənin sol tərəfində yerləşir. Aorta isə bədəninin ən böyük arteriyası sayılır və qan dövranı bədənin aşağısına enməzdən əvvəl ürəyin böyük hissəsinin sol tərəfindən çıxır. Yəni, sol tərəfə yatanda ürək qan dövranı prosesini daha asanlıqla yerinə yetirir.