Bugün:



SENSASİYA - İnsan bədənində yeni orqan kəşf edildi - FOTO

04 yan 2017, 13:42, altun
    Oxunub: 545
SENSASİYA - İnsan bədənində yeni orqan kəşf edildi - FOTO

İnsanın həzm sistemində gizlənmiş yeni bir orqan kəşf edilib.

Altun.az xəbər verir ki, "bağırsaq kəməri", ya da "mezenter" olaraq adlandırılan orqanın hələ funksiyası və quruluşuyla əlaqədar ətraflı məlumat əldə edilməyib.

Yeni kəşf edilən orqanın əvvəllər insan bədənindəki parçalanmış hüceyrələrin bir yerə yığılması nəticəsində meydana gəldiyi düşünülürdü.

Ancaq Lanset Qastroenterologiya və Hepatologiya jurnalında nəşr olunan məqalədə tədqiqatçılar mezenterin bir parçadan ibarət olan orqan olduğunu açıqlayıblar.

Mezenter qarın pərdəsinin ikiyə qatlanmış, qarın boşluğunu örtən və hər şeyi bir arada saxlayan yeni bir orqan olaraq təyin olunur. Bu yeni orqanla insan orqanlarının ümumi sayı 79-a çatıb.
SENSASİYA - İnsan bədənində yeni orqan kəşf edildi - FOTO