Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Dəvələrin gözləri niyə digər heyvanların gözündən fərqlidir?

01 noy 2016, 00:33   
Dəvələrin gözləri niyə digər heyvanların gözündən fərqlidir?

Şərq ölkələrində «səhra gəmisi» adlandırılan dəvə bütün digər heyvanlardan özünəməxsus xüsusiyyətlərilə seçilir. Allahın diqqət çəkdiyi bu canlı barəsində hətta «Qurani-Kərim»in müxtəlif ayələrində də bəhs olunur. Dəvə barəsində Azərbaycan folklorunda da ibrətamiz kəlamlar çoxdur. «Övladda nəvə, dövlətdə dəvə», «Dəvə kimi kinli», «Dəvədən böyük fil də var» kimi atalar sözlərini buna misal göstərmək olar.

Xüsusiyyətləri
Altun.az xəbər verir ki, Hindistan, Pakistan, Əfqanıstan, İran, Suriya, Ərəbistan, bəzi Afrika və Orta Asiya ölkələri dəvəçiliyin ən çox inkişaf etdiyi regionlar sayılır. Təkcə Afrikada 20-dək dəvə cinsi yetişdirilir. Qeyd edək ki, heyvanların ən ağıllısı sayılan dəvələr üç cür olur: birhörgüçlü (dromoder), ikihörgüçlü (bakterian) və hörgüçsüz. Hörgüçsüz dəvə birhörgüçlü ilə ikihörgüçlünün törəməsidir. Bakterian ətlik, dromoder isə südlük cins sayılır.

Dəvələrin saxlanıldığı ölkələrdə ondan həm yük və minik vasitəsi kimi istifadə edir, həm də əti, südü, yunu və dərisindən yararlanırlar. Dəvələrin ağıllı heyvan adlandırılması təsadüfi deyil. Çünki sahibi yanında olmadan səhrada yem axtaran dəvə 15-16 km məsafə qət etdikdən sonra saxlanıldığı yerə qayıtmaqda çətinlik çəkmir. Bu heyvanın əti kimyəvi tərkibinə görə mal ətindən zəngindir. Südünün yağlılığı 50 faizdən artıqdır. Dəvə yeganə heyvandır ki, dənizin şor suyunu içməklə orqanizminin suya olan tələbatını ödəyə bilir. Bundan başqa, dəvə heç bir heyvanın yemədiyi tikanlı otlarla qidalana bilir ki, bu da onun ən üstün xüsusiyyətlərindən biridir. Dəvə yunu zərif yunlardan qiymətli sayılır. O çox dözümlü heyvandır, 1 ton yükü 90-100 km məsafəyə aparamaq qabiliyyətinə malikdir.

Dəvələrin gözü ikiqat kirpiklidir. Bu da onun gözlərini səhranın qum tozanağından qoruyur. O kəskin görmə və qoxubilmə qabiliyyətinə malikdir. Bu canlı istiyə ən dözümlü heyvan sayılır. Onu bütün vücudunu örtən sıx tıklər isti və soyuqdan qoruyur. Dəvələr 70 dərəcə istiyə, 50 dərəcə soyuğa davam gətirə bilirlər. Yaşlı dəvə gündə 25-30 litr su içir. Amma onlar yeganə canlıdır ki, 10-12 gün susuz da yaşaya bilir. Dəvlər günlərlə ac qala da bilirlər ki, bu zaman onun köməyinə hörgüçləri gəlir. Hörgüçlərdə vücud ağırlığının beşdə biri qədər yağ toplanır. Ac qalan dəvə orqanizminin yaşaması üçün hörgüçlərindəki yağı sərf edir. Hörgüçlərdə yağ azalarkən onlar yana əyilir.

Dəvə hirslənəndə onu incidəndən qisas alır
Dəvələrin südündən həm də təbabətdə geniş istifadə edilir. Kənd Təsərrüfatı Nazirliyinin aparıcı məsləhətçisi Niyazi Səfərovun sözlərinə görə, Şərq ölkələrində «şubat» adlandırılan dəvə südü tibb elminin inkişaf etmədiyi dövrlərdə mədə-bağırsaq, vərəm əleyhinə ən yaxşı müqavimət vasitəsi sayılıb. Vaxtiilə Şərq ölkələrində döyüşə gedən əsgərlərə dəvə südü içirdirlərmiş ki, onun orqanizmi xəstəliklərə və susuzluğa dözümlü olsun. Cütləşmə dövründə bu heyvanların həssaslığı artır. Bu zaman dəvələrlə aqresiv davranmaq, onları qamçılamaq, vurmaq qətiyyən olmaz. Bu yerdə «dəvə kini» ifadəsini xatırlatmaq yerinə düşər. Cütləşmə zamanı erkək nər qızarkən onun ağzından köpük axır. Bu zaman onunla aqressiv davranan insanlardan mütləq qisas almağa çalışır. Cütləşmə dövründə erkək dəvələr arasında tez-tez qovğalar baş verir. Dəvənin boğazlıq dövrü 13 aydır, balası köşək adlanır. Dəvəni olduqca ağıllı heyvan adlandıran N.Səfərovun sözlərinə görə, bu heyvan sahibinin əmrlərinə dərhal tabe olur, onun bir sözü ilə əyilib-qalxır.

Dəvə yarışları
Bu gün Bəzi ərəb ölkələrində dəvələrin iştirak etdiyi müxtəlif yarışlar keçirilir. Məsələn, bu yaxınlarda Səudiyyə Ərəbistanında dəvələr arasında gözəllik yarışması keçirilib. Yarışmada yerli "səhranın gəmiləri", eləcə də Küveyt, Qətər, və Birləşmiş Ərəb Əmirliklərindən gətirilən heyvanlar iştirak edib. Ümumilikdə isə müsabiqə 17 mindən çox dəvənin iştirakı ilə keçirilib.
Yarışmanın ümumi mükafat fondu 500 min səudiyyə rialı olub. Bundan başqa, qalib dəvələrin sahiblərinə həm də içərisində avtomobil də olan qiymətli hədiyyələr verilib.
Səudiyyə Ərəbistanında belə gözəllik müsabiqəsi 2001-ci ildən keçirilir. Səhrada yaşayan bədəvinin həyatını dəvəsiz təsəvvür etmək mümkün deyil. Bu heyvanlar ərəblərin gözəllik simvoluna çevriliblər. Qeyd edək ki, "camal" ərəb dilində dəvə deməkdir-yəni qəşəng.
Gözəllik müsabiqəsinin iştirakçıları belə yarışlar üçün tələb olunan uzun ayaqlar, badamı gözlər və dolğun bədənlərə malik dəvələr olur. Müsabiqənin təşkilatçıları yarışma ilə bağlı maraqlı bir fakt açıqlayıblar. Belə ki, müsabiqəni kənardan izləyən bəzi erkək dəvələr yarışmaya qatılan dişi dəvələrin gözəlliyindən ağıllarını itiriblər.

Azərbaycanda dəvəçilik
birhürgüclü dəvəÖlkəmizin ərazisinin dəvəçiliyin iki əsas məskənindən biri olmasına dair müxtəlif tarixi məlumatlar var. Azərbaycanda ikihörgüçlü dəvənin dişisinə haça maya, erkəyinə isə bığır deyilir. İkihörgüçlü ilə birhörgüçlü dəvələrin törəmələri isə ölkəmizdə arvana adı ilə tanınır. Birhörgüçlü dəvənin erkəyini nər adlandırırıq.
Kənd Təsərrüfatı Nazirliyinin aparıcı məsləhətçisi Niyazi Səfərovun sözlərinə görə, tarixi İpək Yolunun Azərbaycanın ərazisindən keçməsi ölkəmizdə dəvəçiliyin inkişafına mühüm təsir göstərib. Onun fikrincə, Azərbaycanda dəvəçilik sahəsində tənəzzül maşın və texnikanın inkişafı ilə başlanıb. «Dəvəçiliyin Azərbaycanda tarixi çox-çox qədimlərə gedib çıxır. Ölkəmizdə köçəri əhali yaylaqdan qışlağa, qışlaqdan isə yaylağa daşınarkən atlarla bərabər, dəvələrdən də geniş istifadə ediblər. Sovet hakimiyyəti qurulmazdan öncə bu heyvanlardan neft daşınmasında da istifadə olunub»-deyə N.Səfərov bildirib.

Abşeronda damazlıq təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyinin bölmə müdiri Rafiq Nəcəfovun sözlərinə görə, Azərbaycanda daha çox ikihörgüçlü dəvə cinsləri geniş yayılıb. «Bakterian dəvə cinsində 6-7 yaşına kimi boy və çəki artır. Artıq 3-4 yaşında dəvələrin diri çəkisi 900 kq-a çatır. Dəvələr Azərbaycan şəraitində laktasiya ərzində 1600-1700 kq-a qədər süd vermə qabiliyyətinə malikdirlər». R.Nəcəfovun sözlərinə görə, orta hesabla hər dəvədən ildə 8-10 kq yun götürmək mümkündür. O, respublikamızda Abşeron, Beyləqan, Bərdə, Biləsuvar rayonlarını dəvəçiliyin mövcud olduğu bölgələr adlandırıb. Müsahibimizin fikrincə, keçmiş SSRİ dövründə Azərbaycanda dəvəçiliyn inkişafına ciddi fikir verilməyib. «Bunun səbəbi qısqanclıqdan irəli gəlib. Moskvanın qısqanclığı üzündən Azərbaycanda belə bir özəl sahənin inkişafına həmişə ögey münasibət bəslənilib». R.Nəcəfov bildirib ki, Nazirlər Kabinetinin 27 aprel 1999-cu il tarixli 74 saylı qərarı ilə Abşeronda «Qobu» Damazlıq Dəvəçilik Təsərrüfatı yaradılıb. Təsərrüfatın yaradılmasında məqsəd həm genefondun qorunub-saxlanılması, həm də bu sahəni inkişaf etdirməkdən ibarətdir. Hazırda həmin təsərrüfatda 100-dən çox dəvə saxlanılır. Ümumilikdə ayrı-ayrı şəxsi təsərrüfatlardakılarla birlikdə ölkəmizdə 200-dən çox dəvə saxlanılır.

Dəvə əti delikates sayılır
Qeyd edək ki, dəvə əti delikates sayılır, ondan Azərbaycan mətbəxində kiftəŞ kotlet və qutab hazırlanarkən istifadə olunur. Bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da dəvədən Qurban bayramı zamanı qurbanlıq heyvan kimi istifadə olunur. Yeri gəlmişkən, Şərq ölkələrində dəvəni baş hesabı ilə deyil, nəfər hesabı ilə sayırlar. Həmin ölkələrdə qızlar gəlin köçərkən cehizinin arasında mütləq dəvə yunudan hazırlanmış əşya olmalıdır.
OXŞAR MÖVZULAR