Impera

XƏBƏR LENTİ
15:05Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib14:17Hava proqnozu - 17 noyabr13:00Abel Məhərrəmovu kim əvəz edir? - Açıqlama12:38Saakyanın Parisə niyə getdiyi bilindi – Pul dilənir11:56Meydən Breksit açıqlaması: Mart ayında...10:13Cinsi azlıq nümayəndəsi olan atasını yandıran oğulla bağlı - QƏRAR09:22Zeytun yağı, qoz və badam qarışığının ƏFSANƏVİ FAYDALARI - Səhər acqarına yesəniz...20:28Belarusla siyasi məsləhətləşmə keçirildi19:57ABŞ-ın Səudiyyəyə sanksiyası başladı - Qaşıqçı cinayəti19:37Qarabağ icmasından Saakyanın səfəri ilə bağlı bəyanat...19:33Savelyev KTMT-nin İrəvana dəstəyindən danışdı: Təcavüz halında...19:13BDU-nun 5 prorektoru da vəzifədən getdi? - Şok19:50Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər00:20Tramp İranı qarışdırmaq istəyir - Parlament sədri00:17Türk ordusundan müdhiş həmlə: 18 terrorçu məhv edildi00:16Paris Sülh Forumu öz işinə başladı00:15Azərbaycanlı qız həbsə məhkum edildi00:13Tramp Turqut Özalla dostluq edirmiş – Foto00:12Trampla Putini yanaşı oturmağa qoymadılar00:11Əfqanıstan yenə qan gölünə çevrildi: 25 ölü...00:10Qaşıqçının ölümündən sonra ilk: xüsusi nümayəndə...00:09"Barselona" gözlənilmədən məğlub oldu: Messi...00:08Türkiyədə həyəcan: təyyarə qəzası xəbəri ölkəni qarışdırdı00:06Şad xəbər: xərclədiyiniz pulun 15%-i geri qaytarılacaq00:04Neft yenə ucuzlaşdı: OPEK+ hasilatı azaldır00:02Parisdə anım mərasiminə bu iki lider gecikdi20:34Məscidə zərbə endirməkdən razı qaldıq - ABŞ generalı20:27Əhaliyə Şad XƏBƏR: Qiymətlər endirilir20:02Putin bu ölkəyə sanksiya tətbiqi barədə fərman imzaladı19:52AFFA klublara xəbərdarlıq etdi20:10Cüdoçumuz Avropada qızıla sahib oldu12:44DİQQƏT!!! "Votsap"artıq etibarlı olmayacaq -Mesajlarınız oxunacaq. Necə?23:03Yunanıstanda növbəti meşə yanğını: əhali təxliyyə edilir22:52Sui-qəsd: ABŞ bunu istəsə, razılaşaram - Maduro22:27Tramp özünü təriflədi: rekord səviyyədə...21:51İranla ABŞ-ı bu ölkə yaxınlaşdıracaq? - Zərif açıqladı21:12​Əhaliyə BƏD XƏBƏR: Ərzaqlara yeni qiymət artımı gəlir – Deputatdan AÇIQLAMA21:02Rusiyadan Türkiyə ilə bağlı açıqlama: Hazırıq20:51Lavrov Xəzər razılaşmasından danışdı: Ümid edirəm ki...20:40Abadi İrana səfərini ləğv etdi20:29Türkiyə sərhədində partlayış: 32 ölü, 45 yaralı20:16Ronaldo xəstəxanaya yerləşdirildi20:05Xəzərlə bağlı mühüm gün: Səfər başa çatdı19:53"Bakı Bus"dan unikal qəza: yeni "təkər" - Foto19:24Nabranla bağlı video yayıldı: nazirlik həll etdi21:53Türkiyə ABŞ-ı məhkəməyə verir21:41Sanksiyalar Türkiyədə buna təsir etməyəcək - Kaşirski21:213 yaşlı Ofelya Eynşteyndən daha ağıllıdır - Dünya ondan danışır - FOTOLAR21:04"Ermənistanın maraqları naminə danışıqlar gedə bilər..." - Paşinyan20:46SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır19:45Paşinyandan Rusiyaya GÖZ DAĞI: Yeni vəziyyətimizə öyrəşməlisiniz19:39NATO: “Rusiya əsas təhdiddir”19:29Ruhanidən Ərdoğana: Trampı peşman edəcəyik19:01Hazırda iyrənc sistemin dağılması gedir - Manuçaryan18:37İrana daha bir ağır zərbə: Fransa İran neftindən imtina etdi18:18Yol polisi xəbərdarlıq etdi: Sürücülər 50 manat cərimə olunacaq18:09AÇIQLAMA: Avropa bunu etsə, Rusiya savaş başladacaq - Video12:47Sərkisyanın iki yolu: Ya savaş, ya da həbs - Politoloq18:33Yaxamızı rüşvətdən necə xilas edək? – Novruzəliyeva Ülkər KÖŞƏ19:32Bu silahın gücü Xirosimaya atılan 160 atom bombasına bərabərdir19:26Biz Allahın quluyuq, Sorosun deyil - Ərdoğandan dollardan imtina çağırışı19:18Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb18:35CNN Qarabağla bağlı təxribatçı süjet hazırladı16:09Xanımım məni Fədayəyə qısqanırdı - Tacir16:01ABŞ-dakı Azərbaycan diaspor təşkilatları bəyanat yaydı15:55Bakıda güclü partlayış: ölənlər var15:53"Ana dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlamalıdır” - Təbrizli tələbələr15:47Bu yollarda məhdudiyyət olacaq – Təmir15:42Naxçıvan-Ermənistan sərhədində Şəhid olan əsgərimiz dəfn edilib - FOTO23:01Fələstinin ABŞ-dakı səfiri geri çağırıldı22:54Ərdoğan BMT-ni, 128 dövləti İsrailin işğalçı dövlət terroruna son qoymağa çağırdı22:41İngiltərə də İsrailə bu "zorakılığı dayandır!"-dedi22:36İsrail də Türkiyənin baş konsulunu ölkəsini tərk etməyə çağırıb22:10İsrailin bu səviyyədə olan hücumlarına haqq qazandırıla bilməz - Fransadan böyük müharibə xəbərdarlığı22:02Netanyahu müdafiəsiz insanlara hücum edən aparteid dövlətin rəhbəridir - Ərdoğan21:24ABŞ-ın səfirliyini Qüdsə köçürməsi qərarı 52 fələstinlinin ölümünə, 2400-nün isə yaralanmasına səbəb oldu - Video21:04Rusiya ABŞ-ın Qüdsdə səfirlik açmaq qərarının əleyhinədir - Lavrov19:45Zərdabda şantajçı "jurnalist" tutuldu19:38İran ABŞ-sız nüvə müqaviləsi üçün AB-dən zəmanət istəyir - 60 gün...19:27İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı21:18Füzuliyə güclü dolu düşdü - Video20:54Xaçmazda avtoqəzada 4 nəfər xəsarət aldı19:54İranda “Qanun” qəzetinin Güney Azərbaycan türklərinin kimliyini inkar etməsi...- Məsumə Ağapur Əlişahi19:42Sevinirəm ki, Bakıda mükafatçılar sırasında yer ala bildim - Alkanoğlu23:05Prezidentliyə namizəd HDP-nin bağlanacağını vəd verdi22:57İmtahan verəcək abituriyentlər üçün vacib xəbər - Video22:49Tbilisidə narkotacirlər xalqı hakimiyyətin üzərinə qaldırdı - Video19:41Teatr direktorunun tamahı üzündən kollektiv 10 saat sərhəddə saxlanılıb19:25Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub – YENİLƏNİB15:17"Qoca"nın qaçırılmasında təqsirli bilinən rəis və müavinlərinin həbs müddəti daha 3 ay artırıldı00:08Rusiya Suriyanı da yarıyolda buraxdı... - İsrail məmnun23:58Gecələri məzarlıqda ağlayan naməlum qız tapıldı22:01ABŞ-ın İran ilə əldə edilən nüvə müqaviləsindən geri çəkilməsi...- Rusiyadan Trampın qərarı ilə bağlı növbəti açıqlama21:38Türkiyə şahinləri bu dəfə “F-35”-lə fəzanı fəth etdilər – VİDEO20:53Bu preparatlar-qida əlavələri həyatınıza təhlükədir – Siyahı20:39Mixail Leontyev erməniləri təhqir etməsini "kompliment" adlandırdı: "Sərt və eyni zamanda incidici olsa da, həqiqətdir"20:21ABŞ-da məktəbə silahlı hücum edilib- Yaralılar var20:07Səhiyyə Nazirliyi bir sıra hüquqlarından məhrum oldu - Fərman...21:08Nə qədər ki, İran regiondakı mövcud status-kvonu pozur....- Bəhreynin XİN rəhbəri Xalid bin Əhməd İsraili dəstəklədi21:01Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mərasim keçirilib
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Bu, əməlli-başlı plagiatdır - Kamal Abdulla

27 fev 2018, 20:23   
Bu, əməlli-başlı plagiatdır - Kamal Abdulla

Kult.az Sim-sim.az-a istinadən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə müsahibəni təqdim edir:
– Kamal müəllim, bildiyiniz kimi AMEA-nın Dilçilik İnstitutu tərəfindən “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni nəşri hazırlanaraq AMEA rəhbərliyinin təşəbbüsü ilə ictimai müzakirəyə verildi. Bu haqda dilçilər və dilçi olmayanlar arasında çoxlu polemikalar oldu, mətbuatda Lüğətlə bağlı elmi və publisistik yazılar dərc olundu. Çapa hazırlanan bu Lüğətlə bağlı sizin də fikirlərinizi öyrənmək istərdik.
– Lüğətlə bağlı fikir söyləyənlər Lüğəti əvvəldən axıradək oxuyub sonra fikir söyləməməlidirlər. Bu haqda danışanlar daha çox onu sübut etməyə çalışırlar ki, hansısa söz lüğətdə öz əksini tapmalı, hansısa öz əksini tapmamalıdır. Amma adi məntiq var. Orfoqrafiya lüğəti nağıl kitabı deyil ki, əvvəldən axıracan oxuyasan. Sənə lazım olan sözü tapıb, düzgün yazılışını görürsən – bununla məsələ bitir. Yerdə qalan təfərrüatdır. Bəzən “gileylənirlər”: lüğətdə sözlərin sayı çoxdur və bu sözlərin bəzisi dilimizdə öz əksini tapmayan sözlərdir. Əslində, məsələnin bu cür qoyuluşu da düzgün deyil. Söhbət bütöv dilimizdən yox, dilin işlək dairəsindən gedə bilər.
Tutaq ki, bu sözlər sənə (tənqid edənə) lazım deyil, amma başqasına lazım ola bilər, o hansısa bir sözün düzgün yazılışını öyrənmək istəyə bilər. Ona görə də haqqında danışdığımız lüğət söz sayına görə dilin işlək dairəsinə daxil olan sözlərin sayından çox olmalıdır. Ümumiyyətlə, Orfoqrafiya lüğəti dilin söz lüğətinə bərabər olmamalıdır. Orfoqrafiya lüğətində dildən, yazıdan “keçən” hər cür söz öz əksini tapmalıdır ki, doğru yazılışı ortaya qoysun. Ona görə də Orfoqrafiya lüğətində əksini tapan sözlər həm də yazıçıların, söz adamlarının dilə gətirmək istədikləri (amma bəzən dildə təsbit olunmayan) sözləri də əhatə etməlidir. Bu səbəbdən Orfoqrafiya lüğətinə “bu söz dilimizdə yoxdur” iddiası ilə yanaşmaq düzgün deyil. Həmin söz sənin işlək dilində olmaya bilər.
– Sonuncu dəfə 2013-cü ildə çap edilən Orfoqrafiya lüğətinin əhatə etdiyi sözlər və onların dildə işlənmə tezliyi ilə bağlı da müxtəlif fikirlər səsləndi, ümumilikdə, Orfoqrafiya lüğəti dildəki bütün sözləri əhatə etməlidirmi və ənənəvi orfoqrafiya lüğətlərinin tərtib prinsipləri necədir?
– Bu suala qismən yuxarıda cavab verdim. Məsələnin mahiyyətini ciddi şəkildə anlamaq istəyənlərə aydındır ki, lüğətin sözlüyü tərtib edənin xülyasının məhsulu deyil, bu sözləri tərtibçilər uydurmurlar. Lüğətdəki sözlər Azərbaycan dilinin ədəbi-bədii, elmi, publisistik materiallarından çıxarılır. Bu təbiidir. Çünki lüğətin məqsədi dildəki bütün sözləri – təsbit olunmuş və ya olunmamış sözləri əhatə etməkdir. Bu hal qanun kimidir. Ona riayət etmək məcburidir.
– Kamal müəllim, qeyd etdiyiniz kimi orfoqrafiya lüğəti yazılış üçün bir qanundur. Amma Orfoqrafiya lüğətindən başqa “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” adlı bir kitab da Tərcümə Mərkəzi tərəfindən nəşr edildi. Bu məqamda Sözlük Lüğətə qarşı çıxdı. Bu Sözlük yazılış qanunu olan Orfoqrafiya lüğətinə alternativ ola bilərmi?
– Adından da göründüyü kimi Sözlük dildəki işlək sözləri əhatə edir. Bu tam Orfoqrafiya lüğəti sayıla bilməz. Dediyim kimi Orfoqrafiya lüğətində işlək və işlək olmayan sözlər öz əksini tapmalıdır. Biz yalnız müasir dilimizdə işlək olan sözlərin düzgün yazılışını axtarmırıq, eyni zamanda tarixən dilimizdə işlənən, hətta arxaik sözlərin də düzgün yazılışını axtara bilərik. Buna görə də adı çəkilən Sözlük Lüğəti əvəz edə bilməz. Hətta əvəz etmək iqtidarında olduğu sahə üzrə də alternativlik iddiasında ola bilməz. İndiki halında isə, faktiki, bu qanuna alternativ kimi bir şeydir. Başqa bir müstəvidə bunun adına nə deyilir – təsəvvür etmək çətin deyil.
– Dil dəyişir, bəs yazılış niyə dəyişməsin? Lap elə ingilis, fransız, alman təcrübəsini (dəyişməzlik prinsipini) yada salaq. Bu dillərdən fərqli olaraq, bizdə orfoqrafik qaydalar fonetik prinsip əsasında formalaşır. Biz dilimizdəki fonetik dəyişkənliyi Lüğətdə əks etdirməliyik?
– Elə buna görə Nazirlər Kabineti Orfoqrafiya lüğətimizin 5 ildən bir yenilənməsinə qərar vermişdir. Bu o deməkdir ki, hər 5 ildən bir dilimizin orfoqrafik qaydaları ilə bağlı hər hansı təklif və ya düzəlişlər müzakirələrdən sonra cilalanaraq Lüğətə daxil edilməlidir. Belə müzakirələr Akademiya rəhbərliyi tərəfindən keçirildi və gələcəkdə də keçiriləcəkdir. Bu son dərəcə vacib bir məsələdir.
Onu da qeyd etməliyəm ki, həmin Sözlükdə bir çox məsələlər bir-birinə qarışdırılmışdır. Hətta sözlük tərəfdarlarının Lüğətdə mövcud olan guya yalnışlıqlar barədə irəli sürdükləri müddəalar Sözlükdə də təkrar olunmuşdur. Bunu asanlıqla sübut etmək olar.
– Kamal müəllim, bu Sözlüyün belə qısa müddətdə hazırlanıb çap edilməsi nə dərəcədə ağlabatandır?
– Qətiyyən ağlabatan deyil. Lüğət, Sözlük yazmaq hədsiz dərəcədə çətin bir prosesdir. Hətta Sözlüyün belə tələm-tələsik, əlimyandıda 35 min sözü əhatə edən bir həcmdə işıq üzü görməsi uşağa da aydındır ki, mümkünsüzdür. Heç bir orijinal lüğət hətta bir institut tərəfindən də belə qısa müddətə hazırlana bilməz.
– Bəs o zaman hazırda cəmiyyətə təqdim edilən “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” nədir?
– Sözlük əməlli-başlı, yumşaq desək (bircə Afaq Məsud faktoru olmasaydı tam kəskinliyi ilə hələ nələri ortaya qoymaq olardı) plagiatdır.
OXŞAR MÖVZULAR