Bugün:

PKK Kərkükə girdi - Qarşıdurma

21 okt 2017, 14:24, altun
    Oxunub: 53
PKK Kərkükə girdi - Qarşıdurma

İraq ordusu və Haşdi-Şabi qüvvələri tərəfindən Kərkük azad olunduqdan sonra ( 19 oktyabr) PKK terrorçuları gecə saatlarında şəhərə girərək dinc əhaliyə - türkman və ərəblərə divan tutub.

Altun.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” yazıb.

Gecə saatlarında türkman və ərəb məhəllələrinə girərək təxribat törədən, insanlara atəş açaraq 3 nəfərin ölümünə səbəb olan PKK üzvlərinin sayı 40-dan çox olub. Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra onlardan 8 nəfəri məhv edilib. Hazırda Kərkükdə bu tip təxribatlar törətməklə məşğul olan 1200-ə yaxın terrorçunun olduğu bildirilib.

PKK-nın dinc əhaliyə atəş açmasından Bərzani rejimi faydalanıb. Günahı Haşdi-Şabi qüvvələrinin üstünə atan Bərzani Kərkükdə əsl qətliam yaşandığını iddia edib.
loading...