Bugün:

İspaniyanın baş naziri: "Kataloniyanın muxtariyyəti ləğv edilə bilər"

11 okt 2017, 16:17, altun
    Oxunub: 25
İspaniyanın baş naziri: "Kataloniyanın muxtariyyəti ləğv edilə bilər"

Kataloniyada keçirilən müstəqillik referendumundan sonra İspaniyada gərginlik davam edir.

Altun.az xəbər verir ki, rəsmi Madrid dövləti böhrana sürükləyən məsələ ilə bağlı sərt açıqlama verib.

İspaniyanın baş naziri Mariano Rajoy bildirib ki, konstitusiyanın 155-ci maddəsini rəhbər tutaraq Kataloniyanın muxtariyyəti ləğv edilə bilər.

Siyasi çevrələrdə "nüvə seçimi" olaraq bilinən 155-ci maddəyə görə Kataloniyanın siyasi muxtariyyəti ləğv edilə bilər və ərazi İspaniyanın əyalətinə çevrilə bilər.

Rajoy deyib: "Kabinet rəsmi olaraq Kataloniya hökumətindən müstəqillik mövzusunda açıqlama istəyib. Kataloniya liderinin cavabı gələcəkdə atılacaq addımları göstərəcək".
loading...