Bugün:

Şimali Koreyadan nüvə açıqlaması — “Bu, bütün dünya üçün çox təhlükəlidir”

24 sen 2017, 11:32, altun
    Oxunub: 36
Şimali Koreyadan nüvə açıqlaması — “Bu, bütün dünya üçün çox təhlükəlidir”

Şimali Koreyanın nüvə silahına malik olması özünümüdafiə vasitəsidir.

Altun.az xəbər verir ki, bu barədə Şimali Koreya xarici işlər naziri Lu Yon Xo bildirib. O, BMT-nin baş assambleyasında çıxışı zamanı deyib ki, ölkəsi ABŞ və digər hegemon dövlətlərdən qorunmaq üçün bu silaha malik olub.

“Bizim son məqsədimiz ABŞ-la güc balansı yaratmaqdır”, - deyə nazir bildirib.

Lu Yon Xo əlavə edib ki, ABŞ dünya ölkələrinə nəzarət etməməlidir. Onun sözlərinə görə, Amerikanın indiyə qədər qeyri-balanslı siyasəti Tramp hakimiyyətində tamamən cızığından çıxıb.

“Tramp Ağ Evi “səs-küylü bazar”a çevirib. Tramp psixi xəstədir. Onun nə edəcəyi əvvəlcədən məlum deyil. Bu səbəbdən də, Trampa nüvə silahını etibar etmək olmaz. Bu bütün dünya üçün çox təhlükəlidir”, - deyə Lu Yon Xo vurğulayıb.
loading...