Bugün:

Azərbaycanla müharibədən qorxmuruq, lakin bəzi səbəblər qarşımızı alır

12 sen 2017, 13:13, altun
    [declination=1 065]Oxunub: | [/declination]1 065
Azərbaycanla müharibədən qorxmuruq, lakin bəzi səbəblər qarşımızı alır

Ermənistanda əhalinin Azərbaycanla müharibədən çəkinməsinin daha bir səbəbi ortaya çıxıb.

Altun.az publika.az-a istinadən xəbər verir ki, Ermənistanın qloballaşma və regional əməkdaşlıq üzrə analitik mərkəzi əhali arasında sorğu keçirib.

Mərkəzin rəhbəri Stepan Qriqoryan sorğunun nəticələrini elan edib. Sorğunun nəticələrinə görə, erməni əhalisinin 63,4 faizi hesab edir ki, Azərbaycanla irihəcimli müharibə başlayacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı dəstəkləməyəcək. Əhalinin yalnız 31 faizi KTMT-yə inanır.

Bununla yanaşı, əhalinin 50,67 faizi Avrasiya İqtisadi İttifaqına üzvlüyün Ermənistana neqativ təsir etdiyini düşünür.
loading...