Bugün:

ŞOK: Yetimxananın yanında kütləvi uşaq məzarlığı tapıldı

12 sen 2017, 12:18, altun
    Oxunub: 29
ŞOK: Yetimxananın yanında kütləvi uşaq məzarlığı tapıldı

İsveçrədə yerləşən “Smillum Park” adlı yetimxananın yanında kütləvi məzarlıq aşkar edilib.
Altun.az xəbər verir ki, məzarlıqda 400-dən çox azyaşlıya aid olan skelet olduğu təsbit olunub.
1864-1981-ci illər arasında fəaliyyət göstərən yetimxana açıq olduğu müddətdə 11 000-dən çox uşağa ev sahibliyi edib. Arxivində olan bilgilərə görə, buradakı uşaqların böyük əksəriyyəti vərəm və sətəlcəmdən əziyyət şəkib və ölüb.
Lakin ortaya çıxan kütləvi məzarlıq özü ilə birgə müəmmalı suallar da gətirib. Buna görə də polis uşaqlara fiziki şiddətin olub-olmaması haqqında araşdırmaya başlayıb.
Polisin bu araşdırması əssasız deyil. Çünki 2004-cü ildə də həmin yetimxanada araşdırma aparılmış və uşaqlarla pis rəftar edildiyi aşkar edilmişdi.
loading...