Bugün:

Tələbə qızların toy xərcini rektor ödəyəcək - ŞƏRT

11 sen 2017, 22:19, altun
    Oxunub: 23
Tələbə qızların toy xərcini rektor ödəyəcək - ŞƏRT

Tacikistan Dövlət Kommersiya Universitetinin rektoru qeyri-adi addım atmağa hazırlaşır.
Altun.az xəbər verir ki, Hamidullohon Fakerov “yaxşı” və “əla” qiymətlərlə oxuyan tələbə qızlara toylarının keçirilməsi üzrə xərcləri öz üzərinə götürməyə söz verib.
"Onlar bizim uşaqlarımızdır. Və biz istəyirik ki, onlar ərə getmək və ya evlənmək deyil, təhsil haqqında düşünsünlər. Buna görə də söz veririk ki, rektorluq tələbə yoldaşına ərə getmək istəyən və yaxşı oxuyan qızların bütün toy xərclərini ödəyəcək”, - rektor deyib.
Fakerov əlavə edib ki, hazırda universitetin 5 mindən çox tələbəsinin cəmi 15 faizini qızlar təşkil edir.
Ümumdünya Bankın tədqiqatının məlumatına görə, Tacikistanda ali təhsil əhalinin kasıb təbəqəsi üçün əlçatmazdır. Mütəxəssislərin qiymətləndirilməsinə görə, ali məktəblərin təxminən 72 faizinin tələbəsi maddi baxımdan yüksək təmin edilmiş ailələrin, yalnız 13 faizi kasıb ailələrin uşaqlarıdır.
loading...