Bugün:

Qasırğa Fransaya 1,2 milyard avro ziyan vurub

10 sen 2017, 19:37, altun
    Oxunub: 22
Qasırğa Fransaya 1,2 milyard avro ziyan vurub

Fransanın Sen-Marten və Sen-Bartelmi adalarına üz verən "İrma" qasırğası nəticəsində dəyən ziyan 1,2 milyard avro dəyərində qiymətləndirilir.
Altun.az xəbər verir ki, bu barədə Fransanın CCR Dövlət Sığorta Xidmətinə istinadən "İnterfax" məlumat yayıb.
"CCR məbləğin təqribən 1,2 mlrd. avro olacağını ehtimal edir. Bu məbləğ yaşayış evləri, avtomobil və müəssisələrə dəyən ziyanın ödənilməsi, eləcə də, əməliyyat xərclərini özündə əks etdirir", - deyə şirkətdən bildirilib.
Həmçinin əlavə olunub ki, bu, Fransa üçün son 35 ildə ən dağıdıcı qasırğalardan biri olub.
Şirkət nümayəndələri bildiriblər ki, ödənişlər əvvəlcədən təbii fəlakətlərdən sığortalanmış şəxslərə ediləcək.
loading...