Bugün:

Misirdə atışma: 9 ölü, 5 yaralı

10 sen 2017, 19:30, altun
    Oxunub: 25
Misirdə atışma: 9 ölü, 5 yaralı

Misir KİV-lərinin ölkənin təhlükəsizlik qüvvələrinə istinadla yaydığı məlumata görə, bu gün Qahirənin Al-Aquza rayonunda polislər və terrorçular arasında atışma baş verib.

Altun.az xəbər verir ki, polisin və xüsusi təyinatlı dəstənin döyüşçülərinin antiterror əməliyyatı çərçivəsində Al-Aquzada bir neçə küçə dövrəyə alınıb. Təhlükəsizlik qüvvələrinin əməkdaşları, ölkə ərazisində terror aktları törətməyi planlaşdıran terrorçuların gizləndikləri yaşayış evlərindən birinin mənzilinə daxil olublar. Terrorçular silahlı müqavimət göstəriblər, təhlükəsizlik qüvvələri isə doqquz silahlını məhv edib. Atışma nəticəsində beş polis yaralanıb. Mənzildən çoxlu silah və partlayıcı maddələr tapılıb. Terrorçular "Hasm" hərəkatının üzvləridir.

Qahirənin Al-Haram rayonunda da polislər və terrorçular arasında atışma olub. Bir neçə terrorçu saxlanılıb.
loading...