Bugün:

Saakaşvilinin qardaşı deportasiya ediləcək - YENİLƏNİB

02 sen 2017, 15:44, altun
    Oxunub: 37
Saakaşvilinin qardaşı deportasiya ediləcək - YENİLƏNİB


Ukrayna Milli polisin əməkdaşları David Saakaşvilini də Dövlət Miqrasiya Xidmətinə təhvil veriblər.
Altun.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın Daxili İşlər Nazirliyinin kommunikasiya departamentinin direktoru Artyom Şevçenko bildirib.
O qeyd edib ki, David Saakaşvili Ukrayna ərazisini tərk etməlidir. A. Şevçenkonun sözlərinə görə, daha əvvəl Ukraynada iş icazəsindən məhrum edilən hüquqşünasa ölkə ərazisində yaşamaq üçün verilən icazə ləğv edilib.
****
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin qardaşı David Saakaşvili Kiyevdə saxlanılıb.
Altun.az xəbər verir ki, bu haqda keçmiş prezidentin özü Feysbuk səhifəsində yazıb.
“Bu gün səhər Avakovun (Ukrayna Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov –red.) səkkiz nümayəndəsi qardaşım David Saakaşvilini saxlayıb. Kiyevdə evindən çıxarkən saxlanılan qardaşımı naməlum istiqamətə aparıblar. O, hüquqşünasdır və Ukraynada yaşamaq üçün sənədə malik idi. Görünür, beləliklə mənə təsir etməyə çalışırlar ki, Ukraynaya qayıtmaq fikrindən daşınım. Siz məni çox pis tanıyırsınız, bu, mənim Ukraynanı və ukraynalıları müdafiə etməyə qətiyyətimi daha da gücləndirir”, - o qeyd edib.
David Saakaşvilinin saxlanılması haqqında rəsmi məlumat hələ yoxdur.
Qeyd edək ki, Ukrayna vətəndaşlığından çıxarılan Saakaşvili sentyabrın 10-da Polşa-Ukrayna sərhədi ilə ölkəyə qayıdacağını açıqlayıb. Rəsmi Kiyev onun ölkə ərazisinə buraxılmayacağını bəyan edib.
loading...