Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dörd aylıq müharibənin ŞİFRƏLƏRİ: Düşmən tamamilə MƏHV EDİLƏCƏK

22 avq 2017, 11:24   
Dörd aylıq müharibənin ŞİFRƏLƏRİ: Düşmən tamamilə MƏHV EDİLƏCƏK

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İran və Türkiyənin PKK terror təşkilatına qarşı birgə mübarizə apara biləcəyini açıqladı. Onun sözlərinə görə, mövzu ötən həftə Türkiyəyə səfər edən İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiri ilə danışıqlarda müzakirə edilib.
“Terror qruplaşmalarına qarşı birgə əməliyyat məsələsi həmişə gündəlikdə dayanıb. Baş qərargah başçıları PKK-ya qarşı əməliyyatın keçirilməsi məsələsini müzakirə etdilər. Bu istiqamətdə səylər davam edəcək, çünki PKK-nın İranda PJAK adlı qolu var. Bu təşkilat həm İrana, həm də bizə zərər vurur”, - Ərdoğan deyib.
Altun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror təşkilatına qarşı birgə əməliyyatın bəzi detalları ortaya çıxıb.
İranlı generalla aparılan danışıqlarda 3 fərqli əməliyyat planı müzakirə edilib.
Əməliyyatın ən azı 3 ay davam etməsi gözlənilir. Üç mərhələdən ibarət olacaq əməliyyatın ilk mərhələsində hava zərbələri ilə Qəndildəki (PKK-nın əsas iqamətgahı –red.) 48 düşərgə hədəf olacaq. İlk mərhələ 8-10 gün davam edəcək.
Əməliyyatın 2-ci mərhələsində isə İran Qəndilə qarşı qurudan hücuma başlayacaq. Türkiyənin də eyni zamanda, İraq ərazisinin 49 kilometrə qədər dərinlikdə yerləşən 19 düşərgəyə qarşı əməliyyata başlaması planlaşdırılır.
İran Qəndil əməliyyatı üçün 42 min əsgərindən istifadə edəcək. Türkiyə isə əməliyyata hərbi aviasiya ilə dəstək verəcək. Əməliyyatın 2-ci mərhələsində Qəndillə yanaşı, PKK-nın “ikinci Qəndili” sayılan Sincara hücum planlaşdırılır. Sincarda ilk hədəf 7 düşərgə olacaq.
Təşkilatın ürəyinə qarşı əməliyyatın 3-cü mərhələsində isə Türkiyə Silahlı Qüvvələri və Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) bölgədəki hərbi xətləri olan Zap, Avaşin və Çaykur kimi kritik xətlərdən hərəkətə keçməsi gözlənilir. Təşkilat liderlərinin Suriyaya keçmək istəyəcəyi təxmin edilir və bunun qarşısını almaq üçün əhəmiyyətli keçid nöqtələri tutulacaq. Mövsüm şərtləri nəzərə alınmaqla Qəndil əməliyyatının ən gec dekabr ayının ikinci həftəsində başa çatdırılması planlaşdırılır.
Əməliyyat zamanı Şri-Lanka ordusunun “Tamil Pələngləri” terror təşkilatına qarşı əməliyyatda həyata keçirdiyi strategiya tətbiq olunacaq. Bu strategiya lider heyəti də daxil olmaqla terror təşkilatının tamamilə məhvini nəzərdə tutur.
Qeyd edək ki, PKK-ya qarşı Şri-Lanka modelinin həyata keçirilməsi Türkiyədə daha əvvəllər də təklif edilib. Ötən il “Milliyyət” nəşrinin yazarı Mehmet Tezkan PKK ilə danışıqların əhəmiyyətsiz olduğunu bildirib:
“Separatçı qruplarla mübarizədə müxtəlif üsullar var. Masaya oturmaq, müzakirələr aparmaq, güzəşt etmək və razı salmaq. Bir də yox etmək, məhv etmək üsulu var. Buna Şri-Lanka modeli deyilir”.
Şri-Lanka hökuməti “Tamil Pələngləri” ilə təxminən 30 il döyüşüb. Qarşıdurmalar təxminən 70 min nəfərin həyatına son qoyduqdan sonra sülh razılaşması imzalanıb. Amma bir müddət sonra razılaşma yenidən pozuldu. Saxta sülh daha şiddətli döyüş gətirib. 2009-cu ildə ordu terror təşkilatını məhv etmək üsulunu seçdi. Liderləri öldürüldü, partizanlar ağır itkilər verdi. Sonda “Tamil Pələngləri” tarixin tozlu səhifələrinə atıldı.
OXŞAR MÖVZULAR