Bugün:

İraqda iki gəmi toqquşdu: Ölənlər var

20 avq 2017, 15:19, altun
    Oxunub: 73
İraqda iki gəmi toqquşdu: Ölənlər var

İraqda iki gəmi toqquşub. Altun.az xəbər verir ki, hadisə şənbə günü, ölkənin daxili suları ərazisində, Hor-Abdulla boğazında baş verib.

Dövlət limanına məxsus “Аl-Misbar” gəmisinin “Royal Arsenal” gəmisi ilə toqquşması nəticəsində bir neçə nəfər itkin düşüb.

Hadisə zamanı “Аl-Misbar” gəmisinin göyərtəsində 21 dənizçi olub. Onlardan 10-u xilas edilib, 4-ü ölüb, digərləri isə itkin düşmüş sayılır.
loading...