Bugün:

Barselonanın mərkəzində terror aktı: 13 ölü – YENİLƏNİB

18 avq 2017, 10:08, altun
    Oxunub: 86
Barselonanın mərkəzində terror aktı: 13 ölü – YENİLƏNİB

Kataloniya hökuməti bildirib ki, Barselonanın mərkəzində avtomobilin piyadaları vurmasından sonra 100 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara gətiriliblər.

Altun.az-ın məlumatına görə, bu barədə kataloniya polisi Twitter-dəki səhifəsində xəbər verib.

Bildirilir ki, terror aktı zamanı xəsarət alanların sayı yaxın saatlarda 100-ü ötə bilər. Kataloniya hökuməti yaralananların adlarını açıqlayıb.

Onlardan 15-nin vəziyyətinin ağır olduğu bildirilir. Bundan əvvəl isə xəsarət alanların sayının 50 (digər yerli mətbu orqanlar bu rəqəmin 60, 80 olması haqda xəbər veriblər-red) nəfər olduğu bildirilirdi. Bundan əlavə, hadisə zamanı 13 nəfər ölüb.

Polis terror aktında şübhəli bilinənlərin ikisinin saxlanıldığını bildirib.

17.08.2017 21:12

Barselonanın Rambla küçəsində mikroavtobusun kütləyə çırpılması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Bu barədə cümə axşamı, avqustun 17-də, Cadena Ser radiosu kataloniya polisindəki mənbəyə istinadən məlumat yayıb.

20:39

Barselonada Rambla küçəsində mikroavtobusu kütlənin üzərinə sürən sürücü hadisədən sonra türk restoranına daxil olaraq bir neçə nəfəri girov götürüb.

Bu barədə cümə axşamı, avqustun 17-də, El Periodico nəşri TV-3 telekanalına istinadən məlumat yayıb.

20:35

Barselonanın mərkəzində mikroavtobusun kütləyə çırpılması nəticəsində ən azı iki nəfər ölüb.

Bu barədə cümə axşamı, avqustun 17-də, The Telegraph nəşri məlumat yayıb.

Nəşrin məlumatına əsasən, hadisə zamanı daha bir neçə nəfər xəsarət alıb.

İspaniya polisi Rambla küçəsində baş verən insidenti terror aktı kimi qiymətləndirib.
loading...