Bugün:

Almaniyadan Trampa sərt sözlər: Qolf klubunda oturub…

13 avq 2017, 19:22, altun
    Oxunub: 27
 Almaniyadan Trampa sərt sözlər: Qolf klubunda oturub…


Şəxsi qolf klubunda oturub cəhənnəm barədə danışmaq düzgün reaksiya deyil və belə məsuliyyətsizlik şok durum yaradır.

APA-nın xəbərinə görə, bu sözləri Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel ABŞ Prezidenti Donald Trampın Şimali Koreyanın təxribatına reaksiyası haqda danışarkən deyib.

O, qarşıdurmanın gərginləşməsinə görə əsas məsuliyyətin Şimali Koreya lideri Kim Çen İnın üzərində olduğunu vurğulayıb. Z. Qabriel ABŞ və Cənubi Koreyanı avqustun 21-də planlaşdırılan hərbi təlimi “mümkün qədər az təhrikedici formada” keçirməyə çağırıb: “Əks halda Şimali Koreya bu təlimləri bəhanə edərək Guam adasına orta mənzilli raketlərlə zərbə endirmək kimi yeni təxribatlara əl ata bilər”.

Almaniya Xarici İşlər naziri Rusiya və Çini Pxenyana təzyiqləri artırmağa da çağırıb: “Qonşu ölkələrin Şimali Koreyanın ağılsız hərəkətlərindən qorunmaq üçün nüvə silahları ilə silahlanması Çinin maraqlarına uyğun ola bilməz”.
loading...