Bugün:

ABŞ Əfqanıstanda İŞİD-in 4 komandirini öldürüldürdü

13 avq 2017, 15:36, altun
    Oxunub: 29
 ABŞ Əfqanıstanda İŞİD-in 4 komandirini öldürüldürdü


Əfqanıstana endirilmiş hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının 4 yüksək vəzifəli üzvü məhv edilib.

Altun.az xəbər verir ki, bu barədə Report məlumat yayıb.

Komandanlığın məlumatına görə, Kunar vilayətində keçirilmiş əməliyyat zamanı özünü əmir elan etmiş “İŞİD-Xorasan” qrupunun rəhbəri Abdul Rəhman məhv edilib.

“Abdul Rəhmanın zərərsizləşdirilməsi “İŞİD-Xorasan” təşkilatının rəhbərliyinə daha bir zərbədir”, - deyə Əfqanıstanda Amerika qoşunlarının komandanı, general Con Nikolson bildirib. Onun sözlərinə görə, Əfqanıstanda İŞİD döyüşçülərinin üzərində qələbə bu il əldə ediləcək.
loading...