Bugün:

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cənubi Koreyaya səfər etdi

13 avq 2017, 15:34, altun
    Oxunub: 35
 ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cənubi Koreyaya səfər etdi


Bu gün ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford Danford Cənubi Koreyaya səfər edib.

Altun.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Ryonxap” agentliyi məlumat yayıb.

C. Danfordun olduğu təyyarə Kyonqido əyalətindəki Osan hərbi bazasına enib. C. Danford sabah Cənubi Koreya prezidenti Mun Çje İn, o cümlədən bu ölkənin müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə görüşü planlaşdırılır.

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Cənubi Koreyaya səfəri ABŞ və Şimali Koreya arasında münasibətlərin gərginləşməsi fonunda həyata keçirilir. C. Danfordun səfəri öncədən planlaşdırılsa da, bu səfər zamanı Şimali Koreya ətrafındakı vəziyyət xüsusi diqqət mərkəzində olacaq. C. Danford avqustun 14-də isə Çinə səfər edəcək.
loading...