Bugün:

Hindistanda 15 nəfəri öldürmüş fil güllələndi

13 avq 2017, 15:20, altun
    Oxunub: 37
 Hindistanda 15 nəfəri öldürmüş fil güllələndi


Hindistanın Carkxand ştatında xüsusi ovçular dəstəsi 15 nəfəri öldürmüş və bir neçə evə zərər vurmuş aqressiv fili güllələyib.

Altun.az report-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Xəbərdə bildirilir ki, fil adət-ənənəyə uyğun olaraq çiçəklərlə dəfn edilib.

Erkək fil 25 il ərzində Carkxandda aqressivliyi ilə seçilib və daim insanlara hücum edib. Bu ilin mart ayında 11 nəfər onun hücumunun qurbanı olub. O, qonşu Bihar ştatında da daha 4 nəfəri öldürüb.
loading...