Bugün:

ABŞ-ın şok xəritəsi ortaya çıxdı: Türkiyənin bu ərazisi...

13 avq 2017, 12:14, altun
    Oxunub: 71
ABŞ-ın şok xəritəsi ortaya çıxdı: Türkiyənin bu ərazisi...

ABŞ-ın Suriyada PKK/PYD qruplaşması üçün hazırladığı şok xəritə ortaya çıxıb.

Altun.az xəbər verir ki, mediaya sızan həmin xəritədə Suriyanın şimalının kanton-bölgələrə ayrılması və terrorçuların nəzarətinə keçməsi əks olunur.

Həmin planlaşdırmada bir müddət əvvəl Türkiyə tərəfindən “Fərat Qalxanı” əməliyyatı ilə azad edilən bölgənin “Şahba kantonu” adı ilə qeyd edilməsi diqqətdən yayınmayıb.

Bundan əlavə, məlumatda bildirilib ki, nəzərdə tutulan məkrli planın tam həyata keçməsi üçün müxaliflərin nəzarətində olan İdlibin də ələ keçirilməsi labüddür.

Çünki bu şəhərin ələ keçirilməsindən sonra terrorçular Aralıq dənizə çıxış əldə edir.
loading...