Bugün:

Tramp: “İstənilən güclə müharibəyə hazırıq”

11 avq 2017, 20:23, altun
    Oxunub: 26
 Tramp: “İstənilən güclə müharibəyə hazırıq”


ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı müharibəyə hazır olduqlarını bəyan edib.

Altun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb: “Şimali Koreya özünü ağılsız apararsa, biz döyüşə tam hazırıq. Ümid edirəm ki, Kim Çen In başqa yol tapacaq”.

ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, Vaşinqton Şimali Koreya ilə duşmənçilik etməyi arzulamır, amma eyni zamanda Pxenyanın hərəkətlərinə cavab verməyə hazırdır.
loading...