Bugün:

Cənubi Koreydan Şimali Koreyaya görüş mesajı

05 avq 2017, 21:06, altun
    Oxunub: 48
Cənubi Koreydan Şimali Koreyaya görüş mesajı

Cənubi Koreyanın xarici işlər naziri Kanq Kyunq-ha Cənubi-Şərqi Asiya Dövlətləri Birliyinin (ASEAN) zirvə toplantısında iştirak etmək üçün səfər etdiyi Filipinin paytaxtı Manilada ölkəsinin Şimali Koreya ilə münasibətləri barədə suallara cavab verib.

Altun.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Şimali Koreyalı həmkarı ilə görüşə hazır olduğunu bildirib.

Kanq Manilanın Ninoy Aquino Beynəlxalq Hava limanında jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, Şimali Koreyanın xarici işlər naziri Ri Yonq-ho ilə təmaslar qurmaq üçün "təmkinli gözləntilər" var.

"Şimali koreyaya təxribatları durdurması və yarımadada sülhün bərqərar olması üçün görüşlərə başlamaqla bağlı söz özəl təkliflərimizi vermişik. Onların təklifimizi düzgün dəyərləndirəcəklərinə ümid edirik", deyə Kanq Kyunq-ha deyib.
loading...