Bugün:

Sevgilsi məktəbli qızı Suriyaya aparıb, İŞİD-çiyə ƏRƏ VERDİ: DƏHŞƏTLİ TƏFƏRRÜAT

31 iy 2017, 15:21, altun
    Oxunub: 125
Sevgilsi məktəbli qızı Suriyaya aparıb, İŞİD-çiyə ƏRƏ VERDİ: DƏHŞƏTLİ TƏFƏRRÜAT



İyulun sonunda iraqlı hərbçiləri Mosul şəhərində 16 yaşlı almaniyalı Linda Ventsel adlı qız tapıblar. Almaniyadan İŞİD yaraqlıları tərəfindən vuruşmaq üçün İraqa gəlmiş qız snayper olaraq fəaliyyət göstərirmiş. 7.5 min sakinin yaşadığı balaca əyalət şəhərciyi - Pulsnitsin əlaçı şagirdi 1 il əvvəl ekstremistlər üçün "xidmət etməyə" yollanıb. Qızın radikallaşması valideynləri, dostları və müəllimlərinin gözü qarşısında sürətlə inkişaf edirdi. Amma heç kim buna ciddi əhəmiyyət vermirdi.
Altun.az məktəbli qızın niyə belə həyat seçməsini, eyni zamanda onun gələcək taleyinin necə olacağına aydınlıq gətirilən yazını oxuculara təqdim edir:
Tolerantlığın qiyməti

Sinifin ən yaxşı şagirdi - riyaziyyat, fizika, kimyanı əla bilən Linda islamla maraqlanmağa başlayanda "Sənə afərin, buyur Quran oxu", deyə valideynləri 15 yaşlı qızcığazın istəyinə mane olmurlar. Qızın yeni hobbisi onlara qəribə görünmədi, axı o, həmişə çox mütaliə edirdi, əhatə dairəsini genişləndirirdi.
Onda onların ağlına belə gəlməyəcəkdi ki, Linda internetdə gənc müsəlman-çeçenlə tanış olacaq, onun dinini qəbul edəcək və ərəb kurslarına yazılacaq ki, sonradan evi tərk edərək "İslam dövləti"nə qoşulsun.
"Biz onunla nə baş verdiyini başa düşmürdük. Ramazan ayı gələndə o dedi ki, heç nə yemir, çünki pəhriz saxlayır", - deyə Lindanın anası danışır. Müəllimləri qeyd edir ki, getməzdən iki ay əvvəl qız kifayət qədər qapalı həyat tərzinə keçmişdi. Onun dostları da dəyişiklikləri hiss etmişdilər: “Linda özü ilə Quran gəzdirir, ərəb musiqisini dinləyir həmişə sevdiyi amerika repinin əvəzinə ərəb musiqisi dinləyir, sosial şəbəkədə yaylıqda foto yerləşdirir və konservativ geyinməyə başlamışdı. Amma heç kim buna ciddi əhəmiyyət vermirdi.

Bu arada, ötən ilin mayında o, özünü gənc cihadçı elan edir və 2 aydan sonra, iyulun 1-də isə pasportunu və bir qədər pul götürərək doğma şəhərciyindən Frankfurta, oradan isə İstanbula yola düşür. Sonra Türkiyədən Suriyaya keçir və orada bir İŞİD yaraqlısına ərə gedir.
Qızın anası həyəcan təbili çalır: "O dedi ki, rəfiqələrinin yanında istirahət günləri keçirəcək. Şərtləşdirilmiş müddətdən sonra evə qayıtmayanda mən polisə zəng vurdum. Asayiş keşikçiləri onun otağında təyyarəyə bilet almaq üçün qəbz aşkar etdilər. Mən şokda idim, axı Linda heç vaxt belə iş tuta bilməzdi. Görünür, onun beynini yaxşıca yuyublar. Ümid edirəm ki, biz hər bir halda onu qaytara biləcəyik", - deyə gözüyaşlı qadın bildirib.
Suriyada qızın izləri itdi. Ana və ata Linda haqda bir ildən çox heç bir xəbər eşitmədilər. Almaniyanın “Süddeutsche Zeitung” nəşri yazır ki, qaçaq nadir hallarda yalnız böyük bacısına zəng edirdi. Onlar son dəfə yanvarda danışıb və Linda bildirib ki, o, əri ilə birlikdə Mosul şəhərinə köçüb.
Südəmər uşağı ilə qorxmuş snayper atıcısı

"Biz onu tapanda o, çox solğun, qorxmuş, bütün bədəni toz içində və boynunda əlvan yaylıq var idi" - deyə, iraq hərbçiləri onun aşkar edilmə anını təsvir edirlər. Onunla birlikdə Mosulun qədim hissəsində, dağılmış evlərin dağıntıları altındakı tuneldə daha 20 qadın - Rusiya, Türkiyə, Kanada, Liviya və Suriyada vətəndaşları var idi. Onların bir çoxunun üzərinə kamikadze kəməri taxılmışdı.
İraq xüsusi təyinatlı döyüşçüsü qeyd edir ki, Lindanın əlində südəmər körpə də var idi. "Bilmirəm, bəlkə bu, onun oğlu deyildi, amma qız onu əlindən əsla buraxmırdı", - hərbçi danışır. Əvvəl elə bildilər ki, qızı yaraqlılar oğurlayıb, lakin tezliklə aydın oldu ki, o, islamçıların arasında könüllü idi.
Linda etiraf edib ki, ekstremistlərə könüllü olaraq qoşulub və onların snayperi olub. Onun əsas hədəfi iraqlı hərbçilər idi. 1 il ərzində nə qədər adam öldürdüyünü isə qız dəqiqləşdirməyib.
«Evə, ailəmin yanına istəyirəm»

Dəmir barmaqlıqlar arxasına düşən almaniyalı zavallı qızcığaz bildirib ki, terrorçular tərəfində vuruşmasından çox təəssüf hissi keçirir və istintaqla əməkdaşlıq etməyə hazırdır. "Mən istəyirəm buradan mümkün qədər tez gedim, bu müharibə mühitindən qaçım. Mən evimə, ailəmə istəyirəm", - deyə o, jurnalistlərə müsahibəsində bildirib.
Hazırda Linda Bağdad həbsxanasının xəstəxanasında yerləşir. bombardmanlar nəticəsində iki yerdən – sol böyründən və sağ dizindən xəsarət alıb. “Elə bir ciddi şey yoxdur, özümü yaxşı hiss edirəm”, - deyə o, bildirib.
Törətdiyi cinayətlərə görə cəza

"Əvvəllər heç vaxt mənim körpəm belə kədərli və ciddi görünməmişdi”, - 52 yaşlı ata Rayner bildirib: Həbs zamanı onun şəklini televizorda gördüm. Amma mənim üçün ən önəmlisi odur ki, o sağdır".
İraq qanunlarına görə, Lindanı "İslam dövlətinin" yaraqlılarına yardım etdiyi üçün ölüm cəzası gözləyir. Qanuna görə, edamdan əvvəl 6 il həbs həyatı yaşamalıdır. Çünki ali cəza tədbiri – ölüm hökmü ölkədə yalnız 22 yaşına çatmış insanlar üçün tətbiq olunur.
Hazırda Almaniya Xarici İşlər Nazirliyi, ölkənin Federal Kəşfiyyat Xidməti, eləcə də, İraqdakı Almaniya Səfirliyi iraq hökuməti ilə danışıqlar aparır ki, Linda əfv olunsun və vətənə qaytarılsın. Vəziyyəti gərginləşdirən səbəblərdən biri də odur ki, Berlin və Bağdad arasında cinayətkarların ekstradisiyası haqqında müqavilə yoxdur.
loading...