Bugün:
Altun.az


ABŞ Ukraynanı Rusiya ilə müharibəyə çağırdı

12 yan 2017, 00:43, altun
    Oxunub: 29
ABŞ Ukraynanı Rusiya ilə müharibəyə çağırdı

“Krımın Rusiyaya birləşdirilməsi qanuni əsaslara malik deyildi”.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi postuna namizəd Reks Tillerson Senatda keçirilən dinləmələrdə deyib.

“Krımın Rusiyaya birləşdirilməsinin qanuni əsasları yoxdur. Bu, ərazinin tutulması idi”, - deyə o bildirib.

Tillerson bildirib ki, Ukraynaya bütün hərbi güclərini şərq sərhədlərində cəmləməyi məsləhət görür. Dövlət katibi postuna namizəd qeyd edib ki, Amerika Kiyevə münaqişənin gedişatında silah yardımı göstərə bilər.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkiqabağı kampaniyada Krımın Rusiyanın tərkib hissəsi kimi tanınmasını Moskva ilə müzakirə etməyə hazır olduğunu bildirmişdi.