Bugün:
Altun.az


Yıldırım: Avropanın təhlükəsizliyi Türkiyədən başlayır

11 yan 2017, 12:14, altun
    Oxunub: 33
Yıldırım: Avropanın təhlükəsizliyi Türkiyədən başlayır

Türkiyənin Baş naziri Binəli Yıldırım Qərbin terror təşkilatları ilə bağlı mövqeyini tənqid edib.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, Baş nazir bildirib ki, terrorçu təşkilatlara qarşı ikili standartlar qlobal sülhə ən böyük xəyanətdir:

"Türkiyənin müttəfiqi və tərəfdaşı olan Avropa terrorçulara fərqli yanaşır. İş PKK-ya gələndə Avropa göz yumur, söhbət İŞİD-dən gedəndə isə tamamilə əks mövqe tutur. Avropanın təhlükəsizliyi Türkiyədən başlayır. Əgər Türkiyənin təhlükəsizliyi təmin olunsa, Avropa üçün də təhlükə qalmaz."