Bugün:
Altun.az


Növbəti həbsxana qiyamı - Ölənlər var

09 yan 2017, 14:19, altun
    Oxunub: 149
Növbəti həbsxana qiyamı - Ölənlər var

Braziliyanın şimalında növbəti həbsxana qiyamı baş verib.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amazonas ştatının ictimai təhlükəsizlik üzrə rəhbəri Serciu Fontes məlumat verib.
Manaus ştatında yerləşən həbsxanada baş verən qiyam nəticəsində 4 nəfər ölüb. İnsidentin səbəbi hələ ki, məlum deyil.

Son bir həftə ərzində Braziliyada baş verən üç həbsxana qiyamı 100-dək insanın həyatına son qoyub.