Bugün:
Altun.az


Kot-Divuarda qiyam baş verdi

07 yan 2017, 20:44, altun
    Oxunub: 49
Kot-Divuarda qiyam baş verdi

Yanvarın 7-də səhər saatlarından etibarən Kot-Divuarın ən böyük ikinci şəhəri olan Buakedə atışma və partlayış səsləri eşidilir.

Altun.az "Euronews" telekanalına istinadla xəbər verir ki, yanvarın 6-da burada əməkhaqlarının qaldırılmasını və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edən ehtiyata buraxılmış əsgərlərin üsyanı başlayıb.

Etirazçılar silah anbarlarını ələ keçirib, həmçinin Burkina-Faso və Malidən yüklərin gətirilməsi üçün istifadə olunan əsas yolları nəzarətə götürüb. Şəhər demək olar ki, qiyamçıların nəzarəti altındadır.

Daloa və Korhoqo şəhərlərindəki hərbçilər də qiyama qoşulub. Onlar şəhərlərin küçələrinə çıxıb, təhlükəsizlik qüvvələrinin qulluqçuları isə öz postlarını tərk ediblər. Abican şəhərində yerləşən hərbi qərargahdan verilən məlumata əsasən, Buake şəhərindəki hərbçilərə kömək göndərilib.

Kot-Divuar Qərbi Afrika ölkəsidir. Sahəsi 322,5 kvadrat kilometr, əhalisi 15 milyon, paytaxtı Yamusukro şəhəridir. Vaxtilə Fransanın koloniyası olub. 1960-cı ildə müstəqilliyini elan edib.