Bugün:
Altun.az


Almaniyada avtobus hava limanında qəza törətdi - 15 yaralı

06 yan 2017, 23:25, altun
    Oxunub: 171
Almaniyada avtobus hava limanında qəza törətdi - 15 yaralı

Almaniyanın Frankfurt-Mayn şəhərindəki hava limanında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 3-ü ağır omaqla, 15 nəfər xəsarət alıb.
Altun.az xəbər verir ki, bu barədə yerli polis bildirib.

Məlumata əsasən, içərisində 75 sərnişin olan avtobus uçuş sahəsində başqa bir nəqliyyat vasitəsilə toqquşub. Avtobusdakı sərnişinlər “Lufthansa” hava yollarının təyyarəsi ilə İspaniyanın Barselona şəhərindən gələnlər olublar. Hadisədən bir müddət əvvəl göyərtəsində 201 sərnişin olan təyyarə hava limanında yerə enib.

Hadisənin səbəbi araşdırılır.