Bugün:
Altun.az


Macarıstanda dəhşətli soyuqlar: 80 ölü

06 yan 2017, 18:39, altun
    Oxunub: 205
Macarıstanda dəhşətli soyuqlar: 80 ölü

Macarıstanda 2016-cı ilin dekabrından bu günə qədər soyuq hava səbəbindən ölənlərin sayı 80-ə çatıb.

Altun.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Macarıstan Sosial Forumunun rəhbəri Endre Simo məlumat verib.

Onun sözlərinə görə, ölənlərdən 27-si şəxsi evlərində soyuqdan donublar. Bu rəqəm 2015-ci ildəki statistikadan 2 dəfə çoxdur.

Simo bildirib ki, kasıb olduqları üçün insanların əksəriyyəti evlərinin qızdırılmasında maye qazdan istifadə edirlər: "Bir çoxlarının buna pulu çatmır və dövlətin onlara kömək etməsi çox vacibdir".