Bugün:

Yeni baş katib: “Məndən möcüzələr gözləməyin”

04 yan 2017, 20:30, altun
    Oxunub: 184
Yeni baş katib: “Məndən möcüzələr gözləməyin”

BMT-nin qarşısında duran problemlərin həllində məndən möcüzələr gözləməyin.

Altun.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin yeni baş katibi Antonio Quterreş söyləyib.

O, BMT-ni qarşıda çox çətin zamanların gözlədiyini bildirib:

“Dünyada qarşılıqlı konfliktlərin sayı artır. Nəticədə qlobal terrorizm artır və İkinci Dünya müharibəsindən bu yana müşahidə edilməyən qaçqın köçü davam edir. Biz problemlərin qlobal olduğu və ölkələrin təkbaşına bunları həll edə bilməyəcəyi dünyada yaşayırıq. BMT hazırkı vəziyyətində qlobal çağırışlara effektiv reaksiya vermək vəziyyətində deyil. Ona görə də təşkilata təcili islahatlar lazımdır”.
loading...