Bugün:

Braziliya həbsxanasında üsyan — 60 nəfər öldürüldü

02 yan 2017, 22:34, altun
    Oxunub: 206
Braziliya həbsxanasında üsyan — 60 nəfər öldürüldü

Braziliyada bir həbsxanada üsyan baş verib.

Altun.az xəbər verir ki, Anisio Jobim həbsxanasında baş verən üsyanın yatırılması zamanı 60 nəfər həlak olub.

Müəssisə federal şosse yolundan 8 km-lik məsafədə yerləşir. Üsyan 1 yanvar tarixində başlayıb. Verilən xəbərə görə, həbsxanada bir neçə qruplaşma arasında yaşanan münaqişə iğtişaşlara səbəb olub.

Güc strukurlarının üsyanı yatırtmaq cəhdi uğursuz alınıb. Bundan başqa, silahlı dustaqlar həbsxananın 12 əməkdaşını əsir götürərək 17 saat saxlayıblar.

Xilasetmə əməliyyatı zamanı dustaqlar başı kəsilmiş 4 polis əməkdaşının meyidini həbsxana meydançasına atıblar. Güc strukturlarından verilən xəbərə görə, üsyan yatırılıb. Amma qurbanların sayı arta bilər.
loading...