Bugün:
Altun.az


İstanbulu qana bulayan terrorçu ilə bağlı diqqət çəkən MƏQAM: ayağının biri... - FOTO

02 yan 2017, 20:24, altun
    Oxunub: 173
İstanbulu qana bulayan terrorçu ilə bağlı diqqət çəkən MƏQAM: ayağının biri... - FOTO

Türkiyədə Yeni il gecəsi "Reina" gecə klubunda terror törədən şəxsin tutulması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlara davam edir.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, adı açıqlanmayan terrorçunun fotosu yayılıb. Polis hər yerdə onu axtarır.

Təhlükəsizlik məsələləri üzrə mütəxəssis Abdullah Ağar baş verənlərlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, qatil çox professionaldır və ayağının birində, sanki, mərmi yarası var. Çünki qatilin addımları simmetrik deyil.

Xatırladaq ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.