Bugün:
Altun.az


Atəşfəşanlıq zamanı 184 nəfər xəsarət alıb

01 yan 2017, 19:49, altun
    Oxunub: 174
Atəşfəşanlıq zamanı 184 nəfər xəsarət alıb

İtaliyada Yeni il gecəsi ənənəvi atəşfəşanlıq zamanı 184 nəfər xəsarət alıb.

Altun.az xəbər verir ki, xəsarət alanlardan 44 nəfər xəstəxanalara yerləşdirilib.

Həmin şəxslərdən 12-nin vəziyyəti ağırdır. Ümumiyyətlə, xəsarət alan 184 nəfərdən 22-i yaşı 12-dən az olan uşaq, 26 nəfər 13-17 yaşlı yeniyetmədir. Yeni il gecəsi atəşfəşanlıq zamanı ən çox Neapol dairəsində xəsarət alan olub. Bu bölgədə 46 nəfər xəstəxanaya müraciət edib.

Qeyd edək ki, hər il Yeni il gecəsi atəşfəşanlıq zamanı yüzlərlə insan xəsarət alır. Ancaq hər il xəsarət alanların sayında azalma müşahidə edilir. Son 3 ildə isə atəşfəşanlıq zamanı ölən olmayıb.