altun.az

İŞİD Rusiya diplomatlarının “ölüm siyahı”nı hazırlayıb – ŞOK İDDİA

23-12-2016, 13:10

İŞİD Rusiya diplomatlarının “ölüm siyahı”nı hazırlayıb – ŞOK İDDİA

Rusiya Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov xarici ölkələrdə fəaliyyət göstərən diplomatik əməkdaşların təhlükəsizliyini gücləndirməyə çağırıb.

Altun.az xarici KİV-ə istinadən xəbər verir ki, İlyas Umaxanovun sözlərinə görə, İŞİD və başqa terror təşkilatlarının Rusiya diplomatlarının yer aldığı “qara siyahı”lar hazırladığı barədə məlumatlar var.

“Mümkündür ki, bu informasiya həqiqətə uyğun deyil. Amma mən beynəlxalq və müdafiə komitələrini bizim diplomatik missiyalar, onların əməkdaşları və ailə üzvlərinin təhlükəsizliyinin gücləndirilməsi üzrə təkliflər hazırlamağa çağırıram”, - deyə senator Federasiya Şurasının iclasında deyib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışında iştirakı zamanı sui-qəsdə məruz qalıb. Diplomat aldığı çoxsaylı yaralardan xəstəxanada həyatını itirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 716 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com