Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Başını it başı kimi kəsəcəyik”

21 dek 2016, 17:11   
“Başını it başı kimi kəsəcəyik”

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi diplomat işinin təhlükəliliyini gündəmə gətirdi. Adətən cəlbedici və maraqlı görünən diplomatiya əslində, ağır və təhlükəli işdir. Həyatın çox hissəsini xaricdə olmaq, müxtəlif ölkələrin cəmiyyətinə və təbiətinə uyğunlaşmaq səfirlərin əsas çətinliyidir. Və təmsil etdikləri ölkələrin xarici siyasət kursuna görə onları daim ölüm təhlükəsi gözləyir.

“Dərinizi soyacağıq, damarlarınızı doğrayacağıq, bədəninizi yandıracağıq, başınızı it başı kimi kəsəcəyik”.

Altun.az xəbər verir ki, bu ölüm şüarını 1967-ci ildə SSRİ-nin Pekindəki səfirliyini mühasirəyə almış kütlə səsləndirirdi. Bu kütlə “sovet təftişçiləri”ni cəzalandırmaq qərarı vermiş Çin hakimiyyəti tərəfindən qızışdırılırdı. “Xunveybin” və “Szaofaney” dəstələri səfirlik binasını tamamilə mühasirəyə almışdı. Gecə-gündüz səsucaldanlar vasitəsilə diplomatları və ailələrini təhdid edirdilər. Onlar sovet təftişçilərinin müqəvvalarını yandırır və səfirlik binasına alov vurmağa çalışırdılar. Çin küçələrində sovet vətəndaşlarının əsil ovu başlanmışdı. Onların qarşısını kəsir, üzlərinə tüpürürdülər. Həmin günlərdə səfirlik mühasirə vəziyyətində yaşayırdı. Moskva qadınların və uşaqların təxliyəsinə icazə verdi. Onları çıxarmaq üçün əsil döyüş yaşandı. Səfirliyin avtobusu hava limanında mühasirəyə alınmışdı. Onlara “rədd olun”, “sizə ölüm” şüarları yağdırırdılar.

Sovet səfirliyi 1966-cı ilə qədər bir il yarım ərzində mühasirədə qaldı.

Bir neçə ay sonra analoji vəziyyət Monqolustan səfirliyində yaşandı. Buna səbəb Ulan-Batorun Moskva və Pekin qarşıdurmasında neytral mövqe tutması idi. Çinlilər babalarının yolunu gedirdilər: 1900-cü ildə Pekində Qərb dövlətlərinin səfirlikləri mühasirəyə alınmışdı. Qarşıdurma nəticəsində 68 mühafizəçi və alman səfiri Ketler də daxil olmaqla, bir neçə diplomat həlak oldu. Sonda Rusiya və Qərb dövlətləri ordu yeridərək, diplomatları azad etdilər.

Qriboyedovun cəsədini necə tanıdılar?
1829-cu ilin dekabrında mollalar tərəfindən qızışdırılan camaat Rusiyanın Tehrandakı səfiri, məşhur yazıçı, Aleksandr Qriboyedov öldürdü. Fanatik camaat rus diplomatik missiyasına hücum etdi. Kazak keşişçilər də daxil olmaqla hər kəs öldürüldü. Qriboyedovun bədənini eybəcər hala salmışdılar. Onu yalnız duel zamanı aldığı əlindəki travmadan tanıdılar. Həmin hücumda yalnız katib İvan Malsova xilas ola bilmişdi. O, fars əsgərlərinə 100 çervon verərə, gizlənməyi bacarmışdı.

1927-ci ildə Çinin Quancjou şəhərində kommunistlərin qiyamı başlandı. Qiyam xarici qoşunların köməyi ilə yatırıldı. Şəhərin talanı zamanı Çan Kayşi əsgərləri sovet konsulluğuna hücuma keçdilər. Konsulluğun bütün əməkdaşları və ailələri həbs olundu. Beş insan, həmçinin, konsul müavini Xasis güllələndi.
1979-cu ildə Tehranda ABŞ səfirliyinə hücum da yaddaqalan hadisədir. Camaat 66 insanı girov götürərək, ABŞ-da müalicə olunan Şah Pəhləvini verməyi tələb edirdi. Diplomatlarını hərbi yolla azad etmək istəyən ABŞ-ın cəhdi uğursuz oldu. Səkkiz xüsusi təyinatlı qüvvə öldürüldü, amerikalılar texnikanı atıb qaçdılar. Girovlar yalnız bir il yarım sonra – Pəhləvinin ölümündən sonra azad olundu.

ABŞ-ın son diplomat itkisi kimi Liviyada Kristofer Stivensin ölümünü qeyd etmək olar. “Müsəlmanların günahsızlığı” filminin nümayişindən sonra camaat Benqazidə ABŞ konsulluğunun binasına hücum etdi. Konsulluğun binası qumbaraatanların hücumuna məruz qaldı. Bina alovlar içində yanırdı. Təxliyə vaxtı iki konsulluq əməkdaşı həlak oldu. Stivenin necə həlak olması dəqiq deyil. Versiyalara görə, o, tüstüdən boğularaq ölüb.

Ərəblərin hücumu və Tetçerin əmri
1980-ci ildə Londonda ərəblər İran səfirliyini tutdular. Binada britaniyalı jurnalistlər də daxil olmaqla 26 insan girov saxlanılırdı. Hücum edənlər İran həbsxanalarında saxlanılan ərəbləri azad etməyi tələb edirdi. Baş nazir Marqaretta Tetçer hücum haqqında əmr verdi. Əməliyyat terrorçuların səfirliyin mətbuat atteşesini vurandan sonra başlandı. Britaniya xüsusi xidmət orqanlarının əməliyyatı uğurlu oldu. Lakin terrorçular əməliyyat başlayana qədər bir girovu öldürməyə, ikisini isə yaralamağa vaxt tapdı.

1996-cı ildə eyni vəziyyət Perunun paytaxtı Limada baş verdi. “Amar Tupak adına İnqilab hərəkatı”nın döyüşçüləri Yaponiya səfirliyini tutdular. Binada 490 insan var idi. Döyüşçülər girovları tədricən buraxaraq, binanı üç ay əllərində saxlayıb. Perunun xüsusi təyinatlı qüvvələri iki döyüşçüsünün və bir girovun ölümü ilə nəticələnən əməliyyat keçirərək binanı azad etdi.

Bu təcrübə səfirlik binalarının xüsusi qorunmasını şərtləndirir. Artıq bir çox ölkənin səfirliyi əsil qalanı xatırladır. Həmçinin, vertolyotla təxliyə etmək üçün imkanlar var.

Lakin bu mühafizə belə səfirlərin öldürülməsinin qarşısını ala bilmir. Çünki onlar səfirlik binasının xaricində açıq hədəfə çevrilirlər. Andrey Karlov kimi...

1979-cu ildə ABŞ-ın Kiprdəki səfiri Devis Rocer güllənin qurbanı oldu, həmin tarixdən 11 il öncə Qvatemalada üsyançılar pusqu qurara, ABŞ səfiri Corc Meynanın avtomobilini güllələdilər

2012-ci ildə Nyu-Dehlidə motosikletçi şəxs İsrailin hərbi attaşesinin arvadı ilə getdiyi avtomobilinə bomba atdı. Qadın yüngül yaralanaraq canını qurtardı.

1982-ci ildə diplomatların oğurlanması epidemiyası başlandı: 10 il ərzində 21 ölkədə 104 diplomat girov götürüldü. Onların səkkizi edam edildi, yaxud müxtəlif üsullarla öldürüldü.

Təsadüfün qurbanları
Diplomatlar həmişə xüsusi planla öldürülmür. Bəzən onlar təsadüf nəticəsində də həlak olurlar.

Misal üçün, 2003-cü ildə İraqda Rusiya səfirinin avtomobili amerikalılar tərəfindən güllələndi. Amerika bunun yanlışlıqla edildiyini açıqladı. Halbuki, avtomobildə Rusiya bayrağı əsirdi. Nəticədə, 5 insan yaralandı.

2007-ci ildə Burindidə (Afrika ölkəsi) Rusiya səfirlinin əməkdaşı Vladimir Raşitko həlak oldu. Hökumət iddia etdi ki, səfirliyin əməkdaşı keçid postunu keçməyə çalışıb. Rusiya tərəfi isə Raşitkonun postu keçərkən, xəbərdarlıqla üzləşmədiyini bildirdi. Nəticədə, Burindi hökuməti Moskvadan üzr istədi.

Bu cür hadisələr müxtəlif ölkələrdə, müxtəlif səfirlərin başına gəlir. Diplomatların işi təkcə masa arxasında oturub danışıqlar aparmaqla yekunlaşmır. Bəzən onlar ölümlə də üz-üzə gəlirlər.
OXŞAR MÖVZULAR