Bugün:
Altun.az


SON DƏQİQƏ - Türkiyədən Moskvanı partlatmaq əmri verildi

16 dek 2016, 00:50, altun
    [declination=5 584]Oxunub: | [/declination]5 584
SON DƏQİQƏ - Türkiyədən Moskvanı partlatmaq əmri verildi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada İŞİD terror təşkilatı tərəfindən hazırlanan terror aktları seriyasının qarşısını alıb.

Altun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda FTX-dən bildirilib.

“Tacikistan və Moldova vətəndaşlarından ibarət diversiya-terror qrupunun fəaliyyətinin qarşısı alınıb. Qrup partlayıcı gücü böyük olan əldəqayırma partlayıcı qurğuların tətbiqi ilə Moskvada terror aktları seriyasını həyata keçirməyi planlaşdırırdılar”, - idarədən deyilib.

FTX-nin məlumatına görə, terror hücumları Türkiyədə olan İŞİD emissarının birbaşa göstərişi üzrə hazırlanırdı.

Məlumata görə, qrupun dörd üzvü saxlanılıb. Onların mənzillərində aparılan axtarışların gedişatında istifadəyə hazır vəziyyətdə olan əldəqayırma partlayıcı qurğular və avtomatik odlu silahlar aşkarlanıb.