Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Şeyx Patriarx Kirillə görüşdü

22 noy 2016, 18:13   
Şeyx Patriarx Kirillə görüşdü

Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Altun.az xəbər verir ki, Patriarx Kirill bildirib ki, Moskva patriarxlığı ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında mənəvi və mədəni əlaqələr daim inkişaf edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Moskvanın və bütün Rusiyanın Patriarxı şeyxülislamın problemin radikallaşmasının qarşısını alan dialoqa töhfəsini yüksək qiymətləndirdiyini deyib. Əlavə edib ki, bu, çox xeyirxah və çətin missiyadır. İnsanlar tərəfləri barışdırmağa çalışarkən anlaşılmamaq riski ilə qarşılaşırlar. Sülhyaratma missiyasını həyata keçirənlər sülhün ən böyük nailiyyət olduğunu anlayırlar.

Patriarx Kirill şeyxülislam Allahşükür Paşazadənin keçmiş SSRİ respublikalarının müsəlmanları arasında, eləcə də Rusiyada böyük nüfuza malik olduğunu vurğulayıb. Azərbaycanda böyük rus icmasının yaşadığını və rusların bu ölkənin həyatının mühüm tərkib hissəsi olduğunu qeyd edən Patriarx Kirill deyib: “Eyni sözləri Rusiyada yaşayan azərbaycanlılar haqqında da deyə bilərik. Onların arasında çox nüfuzlu şəxsiyyətlər var. Rusiyada insanlar dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmırlar, bərabər hüquqlara malikdirlər. Müxtəlif millətlərin nümayəndələrinə bu cür münasibət çoxmillətli dövlət kimi Rusiyanın unikal obrazını yaradır.

Azərbaycanın Pravoslav Yeparxiyası həm də sizin dəstəyinizlə müvəffəqiyyətlə fəaliyyət göstərir. Bakı Pravoslav Yeparxiyasının Dini-Mədəni Mərkəzinin açılması Azərbaycan hökuməti ilə Pravoslav Yeparxiyası arasında mehriban münasibətlərin parlaq nümunəsidir”.

Rus Pravoslav Kilsəsinin başçısı müasir dövrdə insanların qarşılaşdığı əsas problemlərdən birinin terror olduğunu qeyd edib, terrorizmlə mübarizədə Rusiya ilə Azərbaycanın mövqeyinin eyni olduğunu diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin 70 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb. O qeyd edib ki, Rus Pravoslav Kilsəsi rəhbərinin toxunduğu məsələlər olduqca əhəmiyyətlidir. Dünyada baş verən hadisələr dini liderlərdən daha qətiyyətli addımlar atılmasını tələb edir. Bu gün bəzi qüvvələrin İslamın adından istifadə edərək qan tökməsi yolverilməzidir. A.Paşazadə dini liderlərin birləşməsinin dünyada gedən proseslərə müsbət təsir göstərəcəyinə əminlik ifadə edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsinə toxunan Allahşükür Paşazadə deyib: “Dövlətlərimizin başçıları bu istiqamətdə çox işlər görürlər. Qafqazda sabitliyi pozan, bəlkə də bu regionda qeyri-sabitliyin başlanğıcı olan Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli istiqamətində gördüyünüz işlərə görə sizə təşəkkürümü bildirirəm. Biz münaqişənin dini zəminə keçməməsi, dinc yolla həlli üçün göstərdiyiniz səylərə görə sizə minnətdarıq”.

QMİ-nin rəhbəri Patriarx Kirillin terrorizm və ekstremizm ilə mübarizədə səylərinin də Azərbaycanda dəstəkləndiyini qeyd edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yubiley günlərində belə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini yada salmasının Patriarx Kirillin insanpərvərliyindən və sülhsevərliyindən xəbər verdiyini qeyd edib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin 70 illik yubileyi münasibətilə təbrik məktubunu oxuyub. Məktubda Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin ümumbəşəri dəyərlərin, sülhün və əmin-amanlığın, dinlərarası dialoqun, mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin təmin edilməsinə yönəldilmiş fəaliyyətinin Patriarxa haqlı olaraq nüfuz və hörmət qazandırdığı vurğulanır. Onun Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın dinlərarası və konfessiyalararası dialoqun inkişafına töhfəsinin Azərbaycanda yüksək qiymətləndirildiyi bildirilir.
Şeyx Patriarx Kirillə görüşdü
Şeyx Patriarx Kirillə görüşdü
Şeyx Patriarx Kirillə görüşdü
Şeyx Patriarx Kirillə görüşdü
OXŞAR MÖVZULAR