Bugün:

Bu silahın gücü Xirosimaya atılan 160 atom bombasına bərabərdir

26 may 2018, 19:32, altun
    [declination=1 109]Oxunub: | [/declination]1 109
Bu silahın gücü Xirosimaya atılan 160 atom bombasına bərabərdir

Rusiyanın “Yuri Dolqoruki” sualtı gəmisindən atılan sonuncu raketlərin gücü Xirosimaya atılan 160 atom bombasının gücünə bərabərdir.
Altun.az xəbər verir ki, bu sözləri ABŞ Elm Adamları Federasiyasının Nüvə İnformasiya Layihəsinin direktoru Hans Kristensen Tvitter səhifəsində yazıb. O, həmçinin 4 ədəd "Bulava" raketinin fotosunu paylaşaraq, atışın 20 saniyədə baş verdiyini, bunun da 1 dəqiqə ərzində atılan 16 raketə bərabər olduğunu qeyd edib.
Xatırladaq ki, Rusiyanın bir müddət əvvəl “Yuri Dolqoruki” sualtı gəmisi vasitəsilə Ağ dənizdən Kamçatka adasına atdığı 4 ədəd "Bulava" ballistik raketinin sınağı uğurla tamamlanmışdı.