Bugün:

ABŞ Rusiyaya hücum etmək üçün bəhanələr axtarır- Sergey Ryabkov

21 mar 2018, 08:34, altun
    Oxunub: 0
ABŞ Rusiyaya hücum etmək üçün bəhanələr axtarır- Sergey Ryabkov

Suriya hökumət qüvvələri ABŞ-ı Dəməşqə hücum planlarından şərtsiz olaraq əl çəkməyə çağırır.
Altun.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, Dəməşqin kimyəvi silahdan istifadə etməsi ilə bağlı teatr oyunları Rusiyanı narahat edir:
“Keçmişdə də bunun edildiyini dəfələrlə gördük. Suriya hökumətinin Şərqi Qutadakı terror qrupları üzərində əldə etdiyi qələbələr sübut edir ki, bunlar yenə davam edəcək. Şərqi Qutada humanitar vəziyyət radikal şəkildə dəyişib və on minlərlə insan bölgədən çıxıb. Bütün bunlar Dəməşqin ədüşmənlərini dəli edir. Onlar bizə və Suriyaya hücum etmək üçün yeni bəhanələr axtarmağa çalışır. Bu vəziyyətdə hər cür təbliğat mümkündür".