Bugün:

Britaniya Rusiyanın hücumuna hazırlaşır - Xəbərdarlıq

18 mar 2018, 18:50, altun
    Oxunub: 0
Britaniya Rusiyanın hücumuna hazırlaşır - Xəbərdarlıq

Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi Rusiyanın ölkənin energetika sektoruna haker hücumundan qorxur.
Altun.az xəbər verir ki, bu barədə informasiyanı "Sandey Tayms" qəzeti yayıb. Qəzet artıq ölkədəki əsas energetik şirkətlərinin bununla bağlı xəbərdar edildiyini bildirib. Mərkəz həmçinin şirkətlər öz müdafiələrini gücləndirmələri üçün xüsusi məsləhətlər də verib. Xəbərdarlıq xüsusilə qaz və su təchizatı, eləcə də nüvə yanacağının işlənilməsi müəssisələrinə edilib.