altun.az

Türk ordusu Afrinin mərkəzində

10-03-2018, 00:28

Türk ordusu Afrinin mərkəzində

Türk ordusu Afrinin mərkəzi hissəsinin sərhədlərinə çatıb.
Altun.az xəbər verir ki, bu barədə NTV informasiya yayıb.
Afrin mərkəzi bölgəsinin tabeliyində olan Şavariqat Əl-Caviz və Melkiyə kəndləri terrorçulardan təmizlənib.
***
Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində Afrin yaxınlığındakı Böyük Halobu kəndi terrorçulardan azad edilib. Kəndin azad edilməsi ilə Afrinlə Azezi içməli su ilə təmin edən bənd ordu qüvvələrinin nəzarətinə keçib.
***
Türkiyə Silahlı Qüvvələri və ASO Afrinin Kafərməz kəndini terrorçulardan azad edib.
Kənd əhalisi ordu qüvvələrini sevinclə qarşılayıb.
Qeyd edək ki, Türkiyənin Afrinin 60 faizini terrorçulardan təmizlədiyi bildirilmişdi.
***
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu daha 2 kəndi YPG-çilərdən təmizləyib.
Belə ki, Anab və Meryemeyn kəndləri müttəfiq ordularının nəzarətinə keçib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com